Bundesliqa klubunun stadionunun yaxınlığında 500 kiloqramlıq bomba aşkarlandı - FOTO

21:51 - 25 Aprel 2024

Almaniya Bundesliqasında çıxış edən "Maynz"ın stadionunun yaxınlığında bomba aşkarlanıb.

Sportal.az xəbər verir ki, ərazidə tikinti işləri aparılarkən İkinci Dünya müharibəsindən qalma 500 kiloqramlıq partlamamış bomba tapılıb.

Yanğınsöndürmə idarəsi bombanın nəzarətli partlamasını həyata keçirmək üçün fəaliyyətə başlayıb. Mümkün xəsarətlərin qarşısını almaq üçün ərazidə yaşayan 4600-ə yaxın sakin təxliyə ediləcək.


Xəbər xətti