"Qarabağ" aparıcı oyunçusu ilə müqaviləni uzatdı

14:47 - 4 May 2024

Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadənin “Qarabağ”dakı taleyinə aydınlıq gəlib.

Sportal.az "FutbolPress"ə istinadən xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb.

Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq.

Bəhlul 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, bu mövsüm 38 oyunda 2 qol vurub. Bəhlulun sözləşməsi yayda başa çatır.

Xəbər xətti