"Real" Arda üçün gələn 45 milyon avroluq təklifi rədd etdi

11:51 - 17 May 2024

"Arsenal" "Real"In futbolçusu Arda Güleri transfer etmək istəyur.

Sportal.az xəbər verir ki, London təmsilçisi türk yarımmüdafiəçi üçün "kral klubu"na 45 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Real" bu təklifi qəbul etməyib. Madrid təmsilçisi 19 yaşlı futbolçunun qarşıdakı illərdə komandanın bir parçası olaraq görür. Buna görə də gənc oyunçu üçün gələn təkliflər dəyərləndirilməyəcək.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 11 rəsmi 4 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Xəbər xətti