"Arsenal" türk futbolçu üçün 35 milyon avro ödəməyə hazırdı

19:34 - 17 May 2024

"Fənərbaxça"nın müdafiəçisi Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" türk futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mərbuatı məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta rəhbərlikdən bir neçə mövqedə oynamağı bacaran 24 yaşlı oyunçunun transferini istəyib. "Topçular" bu keçid üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Ferdi Kadıoğlu bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti