"Liverpul"dan "Barselona"ya

19:43 - 16 May 2024

"Barselona" "Liverpul"un vingeri Luis Diası heyətinə qatmağı planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi kolumbiyalı futbolçu üçün hərəkətə keçib. 

Diasın 2025-ci ilin yayım 30-na qədər müqaviləsi qüvvədədir. "Barselona"nın baş məşqçisi Xavi Ernandes Diası şəxsən sərəncamında görmək istəyir.

"Liverpul"un futbolçusu bu mövsüm Premyer Liqada 36 oyuna çıxıb, 8 qol vurub və 5 asist edib. 

27 yaşlı futbolçu 2022-ci ildə "Porto"dan "Liverpul"a keçib və 2027-ci il iyunun 30-na qədər Mersisayd klubuna məxsusdur. O, "Barrakilya", "Atletiko Junior"(hər ikisi Kolumbiya) komandalarında oynaybı.

Xəbər xətti