Vüsalın komandası Superliqaya vəsiqə uğrunda mübarizədə məğlub oldu

20:54 - 16 May 2024

Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə Superliqasına yüksəlmək şansını itirib.

Sportal.az xəbər verir ki, Vüsalın komandası "Bodrumspor"un qonağı olub. Görüş 2:0 hesabı ilə bodrumluların qələbəsi ilə başa çatıb.

Belədə, "Boluspor" Superliqaya vəsiqə uğrunda mübarizədən kənar qalıb.

Meydana start heyətində daxil olan Vüsal İsgəndərli 71-ci dəqiqədə əvəzlənib. 

Xəbər xətti