Qurban Qurbanov bu futbolçunun getməsini istəmir

15:32 - 17 May 2024

"Qarabağ"ın futbolçusu Yassin Benzia karyerasını böyük liqalarda davam etdirmək istəyir.

Sportal.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçiyə təkliflər var. Bu barədə "fennecfootball.com" nəşri məlumat yayıb.

Lakin Benzianın "Qarabağ"ı tərk edəcəyi o qədər də real görünmür. Azərbaycan çempionu 29 yaşlı hücumameyilli yarımmüdafiəçini buraxmaq fikrində deyil. Qurban Qurbanov komandanın aparıcı üzvlərindən olan afrikalı oyunçunu buraxmaq istəmir.

Hazırda Benzianın gələcəyi qeyri-müəyyəndir. Qarşıdakı bir neçə həftə oyunçunun gələcəyini müəyyən etmək üçün həlledici olacaq.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edir. Əlcəzair millisinin üzvü bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti