Sergen Yalçını Volkan əvəzləyəcək

18:16 - 17 May 2024

"Antalyaspor"un baş məşqçisi Sergen Yalçın mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, Antalya təmsilçisi yeni mövsüm üçün  baş məşqçi axtarışlarına başlayıb.

Super Liqa klubunun Volkan Demirellə anlaşdığı bildirilir. Yaxın zamanda tərəflər arasında rəsmi müqavilənin imzalanacağı bildirilir.

Qeyd edək ki, Volkan Demirel son olaraq "Hatayspor"u çalışdırıb.

Xəbər xətti