"Fənərbaxça" və "Beşiktaş" "Qarabağ"ın futbolçusunu istəyir

09:18 - 17 May 2024

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade yeni mövsümə Türkiyə Superliqasında başlaya bilər.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, kabo-verdeli ilə “Beşiktaş” və “Fənərbaxça” maraqlanır. Portuqaliya mətbuatının iddiasına görə, Azərbaycan çempionunun rəhbərliyi Andradeni satmaqdan imtina edib.

Türkiyə nəhənglərindən əlavə, Rusiyanın üç klubunun nümayəndələri mümkün transfer şərtləri ilə tanış olmaq üçün Andradenin agenti ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Xəbər xətti