"Neftçi"nin 4 futbolçusu "Səbail"ə qarşı oynamayacaq

19:56 - 17 May 2024

"Neftçi" Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Səbail”lə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" oyuna ciddi itkilərlə çıxacaq.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı müalicəsini davam etdirən Emin Mahmudov, eləcə də cəzalı Yuri Matias və Andre Şinyaşiki bu matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, "Səbail" - "Neftçi" qarşılaşması sabah saat 17:00-da "ASCO Arena"da baş tutacaq.

Xəbər xətti