Klubun rekordçusu ilə müqavilə müddəti artırılmayacaq

18:44 - 16 May 2024

"Sevilya" aparıcı oyunçularından olan Xesus Navasla mövsümün sonunda yollarını ayıracaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Əndəlusiya klubunun oyun sayına görə rekordçusu olan 38 yaşlı futbolçusuna yeni müqavilə təklif etməyəcək.

Navas "Sevilya" ilə ən çox titul (8 kubok) qazanan futbolçudur. Təcrübəli futbolçu 2003-2013-cü illərdə “Sevilya”da oynayıb, daha sonra “Mançester Siti”yə transfer olub və 2017-ci ildə yenidən doğma komandasına dönüb. 

O, aktiv futbolçu karyerasını başa vurarsa, "Sevilya"da işləyəcək.

Xəbər xətti