Tuxel qərarını dəyişmədi: "Bavariya"dan gedir

17:55 - 17 May 2024

"Bavariya" mövsümün sonunda postunu tərk edəcəyini açıqlayan Tomas Tuxeli komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi alman mütəxəssisdən sonrakı dönəm üçün komandanın sükanı arxasına gətirmək istədiyi məşqçilərlə razılığa gələ bilmədiyi üçün bu addımı atıb.

Lakin Tuxel qalmağı düşünmür. 50 yaşlı məşqçi fevral ayında verdiyi qərarı dəyişməyəcəyini bildirib:

"Bavariya"nın baş məşqçisi kimi sonuncu mətbuat konfransımdır. Klubla danışıqlar apardıq. Amma razılığa gələ bilmədik. Buna görə də favral ayında verdiyim qərar hələ də qüvvədədir".

Xəbər xətti