Almaniyanın “Nürnberq” futbol klubunun azərbaycanlı hücumçusu Mahir Emreli yeni komandasında hansı nömrə altında çıxış edəcəyinə qərar verib.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin 27 yaşlı hücumçusunun eyni anda bir neçə nömrə seçmək imkanı olsa da, o, 30 nömrəni seçib.
Emrelinin "Nürnberq"lə müqaviləsi komandanın Bundesliqaya çıxacağı təqdirdə daha bir il uzadılması variantı ilə bir illik müqavilə imzalanıb.
Klub əsas Bundesliqaya çıxa bilməsə, Emreli azad agent statusu alacaq.
saytlarin hazirlanmasi