"Fənərbaxça" misirli futbolçunu icarəyə verdi

16:56 - 7 Sentyabr 2024

"Fənərbaxça" müdafiəçi Omar Fayedi icarəyə verib.

Sportal.az xəbər verir ki, Türkiyə klubu misirli müdafiəçini "Beersxot"a göndərib. Bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Beersxot"un heyətində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Omar Fayedi "Əl Mokavlun"dan transfer edib. Misirin U-23 millisinin üzvü ötən mövsüm icarə əsasında Serbiya təmsilçisi "Novi Pazar"ın formasını geyinib.

Xəbər xətti