Azərbaycanlı müdafiəçi xaricə yollanmadı - Premyer Liqa klubu ilə anlaşdı

09:49 - 6 Sentyabr 2024

“Araz-Naxçıvan”ın sabiq müdafiəçisi Turan Manafov ölkə xaricinə yollanmayacaq.

Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçunun legioner həyatı yaşamaq üçün bir neçə varianta sahib olub.

Lakin onun xaricə yollanması baş tutmayacaq.

Manafov 2024/2025 mövsümünə də Azərbaycan Premyer Liqasında başlayacaq. Sol cinah müdafiəçisi “Kəpəz”lə anlaşıb. O, Gəncə təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Xəbər xətti