"Fənərbaxça" "Qalatasaray"ın sabiq futbolçusunu transfer etmək istəyir

16:09 - 6 Sentyabr 2024

"Qalatasaray"ın sabiq futbolçiusu Mario Lemina yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Vulverhempton"un yarımmüdafiəçisi ilə "Fənərbaxça" yaxından maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi İngiltərə klubu ilə 1 illik müqaviləsi olan 31 yaşlı orta xətt oyunçusunu transfer etmək istəyir. "Fənərbaxça" rəsmiləri qabonlu futbolçu üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Mario Lemina 2019/2020 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib. Qabonlu dayaq yarımmüdafiəçisi "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol vurub.


Xəbər xətti