"Qarabağ"ı seçməyimdə bir nömrəli amil Qurban Qurbanovdur"

11:51 - 5 Sentyabr 2024

"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukrayna mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, “sport.ua” portalına danışan ukraynalı futbolçu seçimini Ağdam klubunun xeyrinə etməsi haqda bunları deyib:

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil Qurban Qurbanovdur. Çox uzun müddətdir burada çalışan və komandanı Çempionlar Liqasının, Avropa Liqasının pley-off mərhələsinə çıxaran məşqçidir. O, futbolçuları necə inkişaf etdirmək lazım olduğunu bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şəraitdən deyil, həm də bənddən gedir. Elə yazılıb ki, gələcəkdə Avropa klubları “Qarabağ”a adekvat qiymətə təklif verə biləcək. Üçüncü amil – mən artıq bu çempionatda və bu ölkədə oynamışam. Uyğunlaşmışam. Buna görə də “Qarabağ” indi peşəkar futbola tam qayıtmaq və özünü avrokuboklarda göstərmək imkanı əldə etmək üçün ən yaxşı həll yoludur".

Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşukla 3 illik müqavilə imzalanıb.

Xəbər xətti