"Real"da növbəti ciddi itki

16:41 - 6 Sentyabr 2024

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb. Futbolçu zədə səbəbindən Braziliya milli komandasının düşərgəsini tərk edib.

26 yaşlı mərkəz müdafiəçisi la Liqanın 5-ci turunun "Real Sosyedad"la matçında iştirak etməyəcək. Qarşılaşma 14 sentyabr tarixində baş tutacaq.

Qeyd edək ki, "Real"ın futbolçuları Cud Bellingem, Eduardo Kamavinqa, Orelyen Tçuameni, Ferland Mendi, Dani Sebalyos, Xoan Martines və David Alaba da zədəlidir.

Xəbər xətti