"Trabzonspor" Portuqaliya klubunun iki futbolçusunu transfer etdi

14:49 - 6 Sentyabr 2024

“Trabzonspor” “Braqa”nın futbolçularını heyətinə qatıb.

Sportal.az xəbər verir ki, Serdar Saatçi və Simon Banza Qaradəniz klubunda oynayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Trabzonspor” 21 yaşlı Saatçi üçün 2,5 milyon avro ödəyib.

Onunla 3+1 illik müqavilə imzalanıb. Banza isə 2 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürülüb.

Xəbər xətti