"900 qol vurmaq üçün hər gün çalışırdım"

12:49 - 6 Sentyabr 2024

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo peşəkar karyerasında vurduğu 900-cü qolunu şərh edib.

Sportal.az “Record”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun forvardı Millətlər Liqasının qrup mərhələsinin açılış turunda Xorvatiya millisi ilə qarşılaşmada (2:1) yubiley qolunu vurub.

“Sportinq”(Lissabon) klubunun yetirməsi olan Ronaldo karyerası ərzində “Mançester Yunayted”, “Real”(Madrid), “Yuventus” klublarında da çıxış edib. O, məsələ haqda bu cür danışıb:

“Bu, böyük nailiyyətdir. Mən buna nail olacağıma heç vaxt şübhə etməmişdim. Biz çox yaxşı oynadıq. 900 qol vurmaq üçün hər gün çalışırdım”.

Xəbər xətti