"Atletiko" son dəqiqələrdə 2 qol buraxaraq məğlub oldu - VİDEO

23:09 - 9 Mart 2025

İspaniya La Liqasında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Xetafe"nin qonağı olan "Atletiko" son dəqiqələrə kimi 1:0 hesabı ilə qalib gəlsə də, sonlara yaxın 2 qol buraxaraq meydandan məğlub ayrılıb.

Qeyd edək ki, Madrid klubu bu məğlubiyyətdən sonra 56 xalda qalaraq 3-cü pilləyə enib, "Xetafe" isə 33 xalla11-ci pilləyə yüksəlib.

"Xetafe" - "Atletiko" 2:1

Qollar: M.Arambarri,88, 90+2, - A.Sörlott,75(pen)

Xəbər xətti