Avropa çempionatının əsas mərhələsində futzal üzrə millimiz bu gün Yunanıstanla qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, komandamızın baş məşqçisi Vitali Borisov azfutzal.az-a oyun haqqında fikirlərini bildirib:
"Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.
saytlarin hazirlanmasi