Şenol Günəş istefaya göndərildi - RƏSMİ

20:56 - 10 Mart 2025

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Trabzonspor" Şenol Günəşlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

72 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Şenol Günəş ötən ilin sentyabr ayında "Trabzonspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 26 turdan sonra 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti