"Fənərbaxça" PSJ-dən icarəyə götürdüyü Milan Şkrinyarla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, slovakiyalı müdafiəçinin performansı məşqçilər korpusunu məmnun edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Fənərbaxça" Şkrinyarın transfer hüququna yiyələnmək istəyir. İstanbul nəhəngi bunun üçün Fransa klubuna müqavilədə yer alan 13 milyon avronu ödəməyə hazırdır. 30 yaşlı mərkəz müdafiəçisi özü də Türkiyədə qalmağa isti yanaşır.
Qeyd edək ki, "Fənərbaxça" Milan Şkrinyarı yanvar ayında icarəyə götürüb. Slovakiya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi