Futbol bütün dövrlərdə sənətindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq əksəriyyətin sevgi mənbəyi olub. Onların arasında öz dövrünün tanınmış simaları da var. Azərbaycanda aktryorluq sənətinin dahilərindən olan, Kinoda və teatr səhnəsində özünəməxsus tərzi ilə tamaşaçıların ürəyini fəth edən Azərbaycan SSR-i xalq artisti Bəşir Səfəroğlunun ürəyini həm də futbol fəth edib, onu bu sevgini hətta yaradıcılığına da bağlamağa məcbur edib.Bəşir Səfəroğlunun yadigarı, onun yolunu layiqincə davam etdirən Xalq artisti Afaq Bəşirqızı bildirib ki, futbol sevgisi atasının həyat tərzinə çevrilmişdi.
Afaq Bəşirqızının sözlərinə görə, atası evdə futbola tək baxan zaman gözlərinə inanmadıqları vəziyyətlə qarşılaşıblar. Evin mebellərini tez-tez yeniləməyi xoşlayan Bəşir Səfəroğlu həmin vaxt futbola o qədər aludə olub ki, özü də fərqində olmadan qohumuna mənzilin əşyalarını aparmaq üçün şərait yaradıb. Kino və teatr meydanında hər zaman qalib olaraq qısa həyat cədvəlinə qızıl xallar yazdıran Bəşir Səfəroğlu qəlblərdə yüksəldiyi zirvədən heç vaxt enməyəcək. Sevənləri isə hər xatırladıqlarında onun simasında həm də futbolu sevəcək. Xalq artisti Afaq Bəşirqızı atası ilə bağlı xatirələrini PFL-in Milli Teatr Günü ilə bağlı hazırladığı süjetdə bölüşüb.
saytlarin hazirlanmasi