"Zirə" mozambikli yarımmüdafiəçi transfer etdi - RƏSMİ

17:33 - 8 Mart 2025

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.


Xəbər xətti