"Mançester Siti"nin müdafiəçisi əməliyyat olundu: uzun müddət oynamayacaq

15:59 - 8 Mart 2025

"Mançester Siti"nin müdafiəçisi Natan Ake əməliyyat olunub.

Sportal.az xəbər verir ki, niderlandlı futbolçu üçün müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.

Ake təxminən 10-11 həftə sonra oyunlara çıxa biləcək. 30 yaşlı mərkəz müdafiəçisi ən yaxşı halda mövsümün son oyunlarında iştirak edə bilər.

Qeyd edək ki, "Mançester Siti" Natan Akeni 2020-ci ilin avqust ayında "Bornmut"dan transfer edib. Niderland millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm "şəhərlilər"in heyətində 18 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti