Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər Almaniyaya yollanacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, “Ayntraxt” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Güler "Real"da oyun dəqiqələrindən narazıdır deyə, komandasını dəyişməyə hazırlaşır. Frankfurt təmsilçisi də Arda üçün hərəkətə keçib.
Almanlar onun keçidini həll edə bilməsə, “Frayburq”dan Ritsu Doanla danışıq aparacaq.
Əlavə edək ki, 2o yaşlı futbolçunun "Real"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.