Türkiyə klubu azərbaycanlı futbolçuya yeni müqavilə təklif edəcək

14:22 - 9 Mart 2025

Azərbaycan millisinin də üzvü olan Vüsal İsgəndərli yeni sezona da “Boluspor”da başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Türkiyə klubu Vüsalla müqavilə müddətini artırmağı planlaşdırır.

Belə ki, komandanın baş məşqçisi Yalçın Koşukavak ondan razı olduğu üçün yeni sezonda da postunda qalacağı təqdirdə, Vüsalı sərəncamında görmək istəyir.

29 yaşlı futbolçunun "Boluspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, bu komandada 2024-cü il yanvarın 11-dən çıxış edir.

Xəbər xətti