"Bavariya"nın futbolçusu Səudiyyə Ərəbistanına yollanır

12:35 - 8 Mart 2025

"Bavariya"nın futbolçusu Kinqsli Koman komandadan ayrılmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, fransalı vinger yayda Bundesliqa klubunu tərk etməyə hazırlaşır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

28 yaşlı ön xətt oyunçusu ilə Səudiyyə Ərəbistanının 3 klubu yaxından maraqlanır. Bunlar "Əl-Nəsr", "Əl-Hilal" və "Əl-İttifaq"dır.

"Bavariya" Komanı satmağa hazırdır. Klub təcrübəli futbolçu üçün gələcək 30-40 milyon avroluq təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Bavariya" Kinqsli Komanı 2015-ci ilin yayında "Yuventus"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti