"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə"L'Equipe" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Mateta üçün artıq"Kristal Pelas"la danışıqlara başlayıb. Klubu 27 yaşlı forvard üçün"Mançester Yunayted"dən 40 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Kristal Pelas" Jan-Filipp Matetanı 2021-ci ilin yanvar ayında "Maynz"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi