Məşqçilik karyerasında ən pis göstərici - antirekordunu yenilədi

22:39 - 8 Mart 2025

Bu mövsümü "Mançester Siti"nin təcrübəli baş məşqççisi Pep Qvardiola üçün uğursuz saymaq olar. Belə ki, o, karyerasında ən çox məğlubiyyət aldığı ili yaşayır.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" Premyer Liqanın 28-ci turunda səfərdə "Nottingem Forest"ə 0:1 hesabı ilə uduzub və bu, Qvardiolanın bu mövsümdəki 15-ci məğlubiyyəti olub. O, öz antirekordunu yeniləyib.

Qeyd edək ki, bundan əvvəl "şəhərlilər" "Tottenhem" (1:2, 0:4), "Bornmut" (1:2), "Sportinq" (1:4), "Brayton" (1:2), "Liverpul" (0:2, 0:2), "Yuventus" (0:2), "Mançester Yunayted" (1:2), "Aston Villa" (1:2), "PSJ" (2:4), "Arsenal" (1:5) və "Real Madrid"ə (2:3, 1:3) məğlub olub.

Xəbər xətti