"Radomyak"ın baş məşqçisi Joao Enrikeş Ekstraklasanın 24-cü turunun “Krakoviya” ilə görüşündə komandasının 2-ci qolunu vuran Renat Dadaşov haqda danışıb.
Sportal.az “SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, Polşa klubunun portuqal məşqçisi Dadaşovun start heyətində oynamamasının səbəbini açıqlayıb:
"Yenə erkən qol buraxmağımıza baxmayaraq, oyundan razıyıq. Bununla belə, biz buna hazır idik. Fikrimcə, matçın sonunda baş verənlərə layiq idik. Dadaşovun ilk dəqiqələrdən meydana çıxmaması planın bir hissəsi idi. Biz həmişə müəyyən matç üçün ən yaxşı heyəti seçirik. Ehtiyat oyunçular skamyada oturan oyunçular meydana çıxanda nə etməli olduqlarını dəqiq bilirlər. Daha bir əvəzetmə qalsaydı, kapitan Rafal Volskini əvəzləyəcəkdik. Amma o, gücü tükənəndə belə, cərimə meydançasında Renatı tapa bildi”.
Qeyd edək ki, "Radomyak" Renatın vurduğu qolla "Krakoviya"nı səfərdə 2:1 məğlub edib. Bu komanda 24 tura 28 xal qazanıb və 12-ci pillədədir.
saytlarin hazirlanmasi