"Betis"in futbolçusu Xesus Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ispan vingeri transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
London klubu Rodriqesi yayda heyətinə qatmağı planlaşdırır. "Betis" 19 yaşlı ön xətt oyunçusu üçün 50 milyon avro tələb edir.
Gənc futbolçu ilə "Liverpul" da maraqlanır. Premyer Liqa nəhəngi oyunçunun performansını diqqətdə saxlayır.
Qeyd edək ki, "Betis" Xesus Rodriqesi 2021-ci ilin yayında "Nervion" akademiyasından transfer edib. İspaniya U-19 millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi