"Arsenal" Avropa çempionunu transfer etməyə yaxındır

21:56 - 7 Mart 2025

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Atletik"də çıxış edən Niko Uilyamsdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Arsenal" ispaniyalı ön xətt oyunçusunu yay transfer pəncərəsi zamanı heyətinə qatmaq niyyətindədir. "Topçular" 22 yaşlı vinger üçün onun klubuna 42 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır. Keçidin yayda reallaşma ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisi ilə Avropa çempionu olmuş futbolçu bu mövsüm Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti