"Fənərbaxça"nın təcrübəli baş məşqçisi Joze Mourinyo haqqında yayılan irqçilik ittihamlarına münasibət bildirib.
Sportal.az xəbər verir ki, xarici mətbuata açıqlama verən portuqaliyalı mütəxəssis “Qalatasaray”la oyundan sonra rəqib komandanın futbolçuları və məşqçiləri haqqında “meymun kimi tullanırlar” ifadəsi işlətmiş və buna görə iki oyunluq diskvalifikasiya edilmişdi.
“Onların mənim keçmişimdən xəbərsiz olmalarını düşünürəm və ağılsızlıq etdikləri qənaətindəyəm. Mənim afrikalı oyunçularla və xeyriyyə təşkilatları ilə əlaqələrim hərkəsə bəllidir. Mənim pis xüsusiyyətlərim haqqında da hamı bilir, amma bu onlardan biri deyil. Ən əsası odur ki, mən kim olduğumu bilirəm və irqçilik ittihamı ilə hücuma məruz qalmaq heç də xoş deyil”.
saytlarin hazirlanmasi