Türkiyə Kubokunda erkən final: əzəli rəqiblərin dueli olacaq

16:10 - 6 Mart 2025

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, bu mərhələdə İstanbulun iki təmsilçisi, əzəli rəqiblər "Qalatasaray" və "Fənərbaxça" üz-üzə gələcək.

1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar 1, 2, 3 aprel tarixlərində keçiriləcək.

1/4 final 

"Trabzonspor" - "Bodrum"

"Konyaspor" - "İskenderunspor"

"Fənərbaxça" - "Qalatasaray"

"Beşiktaş" - "Göztepe"

Yarımfinal 

"Trabzonspor" - "Bodrum" / "Beşiktaş" - "Göztepe"

"Konyaspor" - "İskenderunspor" / "Fənərbaxça" - "Qalatasaray"

Xəbər xətti