Elmar Baxşıyev: "Kim deyir ki, "Araz-Naxçıvan" enişdədir?"

21:55 - 4 Mart 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi. Komandanın göstərdiyi performansdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq.

- Bir xalla "Araz-Naxçıvan"ın enişdən çıxdığını demək olar? 

- Biz enişdə deyildik. Kim deyir ki, "Araz-Naxçıvan" enişdədir? Maşallah olsun komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. Dörd gündən əvvəl "Zirə"ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Amma komandam möhkəmdir. Düşünürəm ki, öz iddiasından əl çəkməyəcək. 

- Ülvi İsgəndərov start heyətində meydana çıxdı və qolunu da vurdu. Onu qarşıdakı matçlarda da start heyətində görmək olacaq?

- Ülvi bizim ehtiyat oyunçumuz deyil. Hər futbolçunun mövsüm ərzində şans qazanması özündən asılıdır. Ülvinin bu oyunda şansı oldu, istifadə etdi. Amma yenə də bütün futbolçularıma güvənirəm. İnanıram ki, meydana çıxanlar ən yaxşısını etməyə çalışacaqlar. 

-İki dəfə hesabda geri düşsəz də, bərabərlik qolunu vurdunuz. Qələbə qolu üçün nə çatmadı? 
- Enişdə olan komanda iki dəfə oyunu çevirə bilməz. Komandam möhkəmdir, xarakteri var. Zədəlilər də qayıtdıqdan sonra daha da iddialı və hücumda daha yaxşı olacağıq.

Mirbağırağa

Xəbər xətti