"Barselona"nın müdafiəçisi yenidən zədələndi

16:15 - 2 Mart 2025

“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, danimarkalı futbolçusu məşq zamanı sıradan çıxıb. Onun sağ ayağının bud əzələsi dartılıb.

Kristense 4 həftə meydana çıxa bilməyəcək. Danimarkalı bir həftə əvvəl uzunmüddətli zədədən sonra bərpa edilmişdi.

28 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər “Barselona”ya məxsusdur.

Xəbər xətti