Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Hannover"i qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 77-ci dəqiqədə meydana daxil olub.
24 turdan sonra aktivində 35 xal olan "Nürnberq" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi