"Yuventus"un futbolçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" türk vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
London klubu Kənan üçün 80 milyon avro ödəməyə hazırdır. İtaliya klubu isə 19 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro tələb edir.
Qeyd edək ki, "Yuventus" Kənan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü olan gənc futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi