Renat Dadaşov debüt matçına qolla başladı VİDEO

00:31 - 1 Mart 2025

Millimizin hücumçusu Renat Dadaşov Polşanın "Radomyak" klubunda ilk matçına çıxıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçunun çıxış etdiyi komanda öz meydanında “Vidzev”i qəbul edib. 1:1 hesabı ilə yekunlaşan görüşdə 80-ci dəqiqədə oyuna daxil olan Renat 90-cı dəqiqədə fərqlənməyi bacararaq komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, daha bir millimizin üzvü olan Rahil Məmmədovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 25 xal toplayan "Radomyak" 23 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Xəbər xətti