Futbol üzrə Azərbaycan 2-ci Liqasında 14-cü tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" öz meydanında "Lerik"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
10-a yüksəldən "Şəki Siti" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 13-cü yerdədir.
"Şəki Siti" - "Lerik" 2:0
Qollar: R.Otaraşvili, 63, X.Şabanov, 70