Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) Oyun Qaydalarına yeni dəyişikliyi təsdiqləyib.
Sportal.az xəbər verir ki, dəyişiklik qapıçılarla bağlıdır. Əgər qolkiper topu səkkiz saniyədən çox özündə saxlayarsa, hakim rəqib komandanın lehinə künc zərbəsi təyin edəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb
Qərar Şimali İrlandiyanın Belfast şəhərində İrlandiya Futbol Assosiasiyasının (IFA) ev sahibliyi etdiyi İFAB-ın 139-cu yığıncağında qəbul olunub. Yeni qayda 2025/26 mövsümündən etibarən tətbiq olunmağa başlayacaq.
saytlarin hazirlanmasi