PSJ "Barselona"nın futbolçusunu transfer etmək istəyir

17:37 - 1 Mart 2025

"Barselona"nın yarımmüdafiəçisi Qavi komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, ispan futbolçunun Fransada çıxış etmək variantı var. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

PSJ Qavini heyətinə qatmaq istəyir. Parislilər "Barselona"da əsas heyətə düşə bilməyən 20 yaşlı yarımmüdafiəçinin durumunu yaxından izləyir. Fransakliubu yayda gənc oyunçu üçün təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti