Futbol üzrə Türkiyə 1-ci Liqasında 27-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" səfərdə "Iğdır"ın qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev də bu matçın iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə meydana daxil olub.
27 turdan sonra 39 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi