Türkiyənin "Fənərbaxça" klubunda gözlənilməz ayrılıq gerçəkləşə bilər.
Sportal.az xəbər verir ki, Cenk Tosunun Super Liqa nəhəngini tərk edəcəyi gözlənilir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Fənərbaxça" türk hücumçunun transferi ilə bağlı Yaponiyanın "Urava Red Diamonds" klubu ilə anlaşıb. Futbolçu müqavilə şərtlərini qəbul etsə, keçid qısa müddətdə tamamlanacaq.
Qeyd edək ki, Cenk Tosun mövsümün əvvəlində "Beşiktaş"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Fənərbaxça"ya qoşulub. 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi