Madrid "Real"ının keçmiş müdafiəçisi Xavyer Dorado 48 yaşında vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə Xixonun "Sportinq" klubunun mətbuat xidməti məlumat yayıb. Sabiq futbolçu uzun müddət xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, 2012-ci ildə karyerasını bitirən futbolçu həmçinin “Rayo Valyekano”, “Sportinq Xixon” və “Malyorka”da da çıxış edib.
saytlarin hazirlanmasi