Mənim "atam" axı necə irqçi ola bilər?

22:55 - 26 Fevral 2025

İrqçilikdə ittiham olunan "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyoya daha bir tələbəsindən dəstək gəlib.

Sportal az xəbər verir ki, Türkiyə Superliqasının 25-ci turunda baş tutan "Fənərbaxça" "Qalatasaray"(0:0) matçından sonra rəqibin texniki zonası haqqında "meymun kimi tullanırdılar" ifadəsini səsləndirən Mourinyonu keçmiş tələbəsi Didye Droqba sosial şəbəkədə müdafiə edib.

“Əziz “Qalatasaray”azarkeşləri siz bilirsiniz ki, sarı-qırmızı formanı geyinmək mənim üçün nə qədər qürurverici olub və mən Türkiyənin ən titullu klubunu necə sevirəm! Hamımız bilirik ki, rəqabət nə qədər istəkli və gərgin ola bilər və mən bunu şəxsən təcrübə etmişəm. Joze haqqında son şərhləri gördüm. Mənə inanın, artıq onu 25 ildir tanıyıram, o irqçi deyil və bunu həm keçmiş, həm də indiki tarix sübut edir. Gəlin oyunlarımıza fokuslanaq, möhtəşəm “aslanlarımızı” dəstəkləyək və çempion olub beşinci ulduza yaxınlaşaq. Mənim “atam” axı nəcə irqçi ola bilər? Bəsdirin uşaqlar" 

Qeyd edək ki, daha öncə də "Səbail"in sabiq futbolçusu Maykl Essyen də Mourinyoya dəstək mesajı göndərmişdi.

Xəbər xətti