Bir ay əvvəl məşqçilik karyerasına başlayan Rusiyanın ÇSKA, "Dinamo" və "Ximki" klublarının sabiq hücumçusu Kirill Pançenko daha əvvəl "Sabah"da oynamaq şansından danışıb.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Pançenko aktiv futbolçu karyerasını bitirməmişdən öz xidmətini "Sabah"a təklif etdiyini deyib:
"Vasili Berezutski məni "Sabah"a dəvət etmişdimi? Xeyr, Vasilinin özü ilə ünsiyyət qurmamışdım. Alan Dzaqoyevlə söhbət etmişdim. Berezutskiyə "Sabah"da futbolçu lazım olub-olmadığını Dzaqoyevdən soruşmuşdum. Həmin mövqeyə futbolçu lazım olub-olmadığını öyrənirdim. Alan dedi ki, Berezutski lazım olmadığını söyləyib. Başqa söhbət olmadı".
saytlarin hazirlanmasi